Sınaq müddəti ilə bağlı Əmək Məcəlləsində dəyişiklik edilib

2023.11.21 14:20 (UTC+04:00)

Əmək Məcəlləsinin 51-ci maddənin 1-ci hissəsinə yeni redaksiyada dəyişiklik edilib: “Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir”.

Bu vaxta qədər qüvvədə olan qanunvericiliyə görə, əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlanılırdısa, bu müddət 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilə bilərdi. Dəyişiklikdən sonra altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə sınaq müddətinin müəyyən edilməsi tələbi qanunvericiliyə daxil edilib. Başqa sözlə, 6 ay müddətinə bağlanan əmək müqavilələrində sınaq müddəti 2 həftədən artıq nəzərdə tutula bilməz.

Qeyd etmək lazımdır ki, əmək müqaviləsi bağlanılan zaman sınaq müddətinin müəyyən edilib-edilməməsi işəgötürənin hüququ olsa da, qanunvericilik bəzi kateqoriya şəxslərlə əmək müqaviləsi bağlanılan zaman müqavilədə sınaq müddəti müəyyən edilməsini qadağan edir. Bunlar aşağıdakılardır:

Onu da vurğulamaq lazımdır ki, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin müddət bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. Həmin andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə xitam vermək üçün işəgötürən tərəfindən əsaslandırılmış əmr verilməlidir.