30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Birinci rübdə 35 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

Birinci rübdə 35 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə 2022-ci ilin ilk rübündə 34 min 605 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir və fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.

Xidmət fəaliyyətə başlayandan bu vaxta qədər ümumilikdə isə 399,3 min sosial sığorta nömrəsi verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?