2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı ilə bağlı vergi güzəştləri

Aqrar sahənin dəstəklənməsi üçün Vergi Məcəlləsində müəyyən güzəştlər nəzərdə tutulub. Mövzunu “vergiler.az”a iqtisdaçı ekspert Anar Bayramov şəhr edib.

Həmin güzəştləri diqqətinizə çatdırırıq:

1) Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır (Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi).

Tutaq ki, fiziki şəxs ona məxsus torpaq sahəsində becərdiyi narın satışından 400 manat gəlir əldə edir. Bu məbləğ gəlir vergisindən azaddır.

2) Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır (Vergi Məcəlləsinin 106.1.14-cü maddəsi). Tutaq ki, hüquqi şəxs fermasında saxladığı 3 inəyi bazara çıxararaq 2.200 manata satır. Hüquqi şəxsin bu fəaliyyətlə bağlı əldə etdiyi məbləğ mənfəət vergisindən azaddır.

3) Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfat məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır (Vergi Məcəlləsinin 164.1.18-ci maddəsi).

Tutaq ki, ƏDV ödəyicisi kənd təsərrüfatı məhsulları istehsal edir. Həmin vergi ödəyicisinin özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyəsi rüb ərzində 40.000 manat olub. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ƏDV-dən azad olunduqlarına görə bu halda18 faizlik ƏDV tətbiq olunmur.

4) ƏDV əməliyyatları üzrə azadolma:

- damazlıq heyvanlann idxalı və satışı (maddə 164.1.29.);

- toxum və tinglərin idxalı və satışı (maddə 164.1.30.);

- mineral gübrələrin, pestisidlərin idxalı və satışı (maddə 164.1.31);

- toxumların yetişdirilməsi, quşçuluq və ançılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı (maddə 164.1.32.);

- kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı (maddə 164.1.33-2);

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınla, avadanlıqların və texnikalann, habelə kənd təsərrüfatı çexnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı (maddə 164.1.34);

- kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi (maddə 164.1.34-1);

- kənd təsərrüfatı məhsullarının istehsalçılanna aqrotexniki xidmətlərin göstərilməsi (maddə 164.1.34-2.).

5) Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar (maddə 199.9).

Tutaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicisinin balansında həmin fəaliyyət prosesində istifadə etdiyi 20.000 manatlıq əmlak var. Vergi ödəyicisi həmin əmlaka görə vergi ödəmir.

6) Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarı l-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir (maddə 219.7).

Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçısının rüb ərzində kənd təsərrüfatı məhsullarının satışından 30.000 manat əldə edib. Digər məhsuların pərakəndə ticarəti ilə məşğul olan vergi ödəyicisi 2 faiz vergi hesablamalıdır. Ancaq gəliri kənd təsərrüfatı məhsullarının satışından əldə edildiri üçün o, sadələşdirilmiş vergidən azaddır. Bununla yanaşı, kənd təsərrüfatı istehsalçısı olan vergi ödəyicisi gəlirləri haqqında məlumatı sadələşdiirlmiş vergi bəyannaməsində əks etdirməlidir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ