9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Həmin gün rayonun Karrar qəsəbəsində "Qlobal Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlət başçısı Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb, görüşdə dövlət başçısı çıxış edib, xatirə şəkli çəkdirilib.

Həmin gün "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının da açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib. "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb, müəssisədə toxunan xalçanı kəsib. Sonda xatirə şəkli çəkdirilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?