19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib Yenilənib

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın dövlət başçısını Prezident Vladimir Putin qarşılayıb. Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş keçirilib.

Dövlətimizin başçısını görməkdən məmnunluğunu ifadə edən Rusiya Prezidenti çoxdandır ki, görüşmədiklərinə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir: "Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir".

Başqa istiqamətlər üzrə də münasibətləriin vəziyyəti barədə fikir mübadiləsinə ehtiyac olduğunu deyən Rusiyanın dövlət başçısı ümidvar olduğunu bildirib ki, bu günkü görüçdə bütün bunlara nail olunacaq.

Dəvətə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti bildirib ki, Rusiyanın dövlət başçısı ilə keçirdiyi görüşlər daim müsbət xarakter daşıyıb və bu, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirilən əlaqələrimizin inkişafına yaxşı təkan verir: "Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq".

Bugünkü diskussiyanın da əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacağına əminliyini ifadə edən dövlətimizin başçısı dəvət üçün bir daha təşəkkürünü bidirib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?