10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.

“SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı”nı SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi mübadilə etdilər.

“SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Comstock” şirkətinin Baş maliyyə inzibatçısı və vitse-prezidenti Roland Burns mübadilə etdilər.

“SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Apollo” şirkətinin idarəedici direktoru Conatan Bar mübadilə etdilər.

“SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və SEFE şirkətinin idarəedici direktoru Alexander Demidov mübadilə etdilər.

“SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol”u SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni” şirkətinin Mərkəzi Asiya Bölgəsi üzrə rəhbəri Seger Hoijtink mübadilə etdilər.

“SOCAR və “ExxonMobil” şirkəti arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson mübadilə etdilər.

“SOCAR və “Oracle” şirkəti arasında Oracle Alloy Agreement (və yaxud Əsas Şərtlər Toplusu)”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və ABŞ-nin “Oracle” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə texnologiya mühəndisliyinin baş vitse-prezidenti Ceyson Ris mübadilə etdilər.

“SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş”i SOCAR-ın prezidenti Rövşən Nəcəf və “VNG AG” şirkətinin idarəedici direktoru Konstantin Herzog von Oldenburg mübadilə etdilər.

“Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi”ni Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “UFlex Group” Şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Aşok Çaturvedi mübadilə etdilər.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” şirkəti arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis mübadilə etdilər.

“Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi”ni Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Hong Kong Renteng International Trade Co. Limited” Şirkətinin İdarə Heyətinin sədri Yang Xueren mübadilə etdilər.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?