21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident: "Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq"

Prezident: "Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.

Prezident İlham Əliyev müsahibəsində deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.

Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.

Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.

Dövlətimizin başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?