26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR ilə “Schneider Electric” arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə “Schneider Electric” arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün SOCAR ilə “Schneider Electric” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Məlumata əsasən, sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar.

Memorandum enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi, həmçinin seçilmiş obyektlərdə pilot layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, tərəflər birgə layihələr, texniki xidmət və təcrübə mübadiləsi, məhsulların yerli istehsalı imkanlarının araşdırılması, eləcə də dayanıqlılıq və xalis sıfır emissiya hədəfləri istiqamətində birgə fəaliyyət göstərəcəklər.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?