22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub

Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub

Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabinetinin müvafiq izahında bildirilir ki, Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən bir sıra diri və soyudulmuş balıq növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə 15% dərəcəsində gömrük rüsumu müəyyən olunub.

Nazirlər Kabinetinin 2024-cü il oktyabrın 15-də qəbul etdiyi 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə yüksəldilir, həmçinin təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən edilir.

Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?