22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gedib

Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gedib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun, Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlət başçısı daha sonra Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodu və Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.

Daha sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında, Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.

Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub. Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri və Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?