5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır VİDEO

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Layihə çərçivəsində marşrut boyunca 4 körpünün və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub. Hazırda yol yatağının, suötürücü və digər süni qurğuların inşası həyata keçirilir.

Tikinti sahəsində 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır. İşlərin fasiləsiz aparılması məqsədilə ərazidə asfalt-beton zavodu, həmçinin karxana materiallarının çeşidlənməsi üçün xüsusi istehsalat sistemi fəaliyyət göstərir.

Layihənin icrası nəticəsində Ağdamdan Ağdərəyə, buradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq.

Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat imkanlarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsinə və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlılığına xidmət edəcək.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?