18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin 2023-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən AİH və portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi layihəsinin nəticələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti və strateji baxışı haqqında icmal hesabat, portfel şirkətlərin büdcə tərtibi, təsdiqi və nəzarəti Qaydaları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?