8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qalib və qüdrətli Azərbaycan dövlətinin memarı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Qalib və qüdrətli Azərbaycanın qurucusu olan Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Ermənistanla Azərbaycan arasında yaranmış kəskin münaqişəli vəziyyət və Azərbaycan torpaqlarına qarşı işğalçılıq planlarına SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.

ABŞ-nin Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Bütün şüurlu həyatını Azərbaycan xalqı, Azərbaycan dövlətinin xoşbəxt və firavan gələcəyinin qurulmasına həsr edən ümummilli lider Heydər Əliyevin ən böyük arzusu və vəsiyyəti dövlətimizin ərazi bütövlüyünün təmin olunması, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, bununla da memarı olduğu dövlətin müstəqilliyinin daimi, dönməz və əbədi olması ilə bağlı idi. Məhz Ulu Öndərin ilmə-ilmə toxuduğu əsaslar üzərində Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü təmin etdi.

Ərazi bütövlüyümüzün təntənəsini özündə əks etdirən 10 noyabr bəyanatının imzalanmasından ötən təxminən 3 il müddətində bütün ərazilərimiz boyunca həm də dövlət suverenliyimizin təmini istiqamətində zərgər incəliyi ilə addımlar atan müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, dönməz iradəsi və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz tarixində ilk dəfə dövlət suverenliyimiz təmin edilmiş oldu. Bu ilin 19 sentyabr tarixində başlanan və 24 saatdan az bir vaxt ərzində uğurla başa çatan anti-terror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əskəran da daxil olmaqla bütün yaşayış məskənlərimizdə separatizmin kökü birdəfəlik və əbədi olaraq kəsildi, bölgəmizlə bağlı tarixi yüzillərə dayanan məkrli planların üzərindən silinməz çalın-çarpaz xətlər çəkildi.

Bu gün biz qürurla dövlətimizin müstəqilliyinin və dövlət suverenliyinin təmin olunduğunu, daimi, dönməz və əbədi xarakter daşıdığını qeyd edə bilirik. Bunun üçün isə, əbədiyaşar ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Allah rəhmət eləsin!

Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?