8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxal olunan avtobuslara aksiz vergisi tətbiq ediləcək

2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Belə ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslar gömrük keçid məntəqəsində aksiz vergisi də ödəyəcəklər.

Dəyişikliyə əsasən:

  • mühərrikin həcmi 4.000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib;
  • mühərrikin həcmi 6.000 kubsantimetrədək olduqda: 8.000 manat və əlavə olaraq mühərrikin həcminin 4.001-6.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib;
  • mühərrikin həcmi 8.000 kubsantimetrədək olduqda: 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6.001- 8.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib;
  • mühərrikin həcmi 10.000 kubsantimetrdək olduqda: 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8.001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib;
  • mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda: 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən, ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən zox və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Elxan SALAHOV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?