İdxal olunan avtobuslara aksiz vergisi tətbiq ediləcək

2018.12.17 15:52 (UTC+04:00)

2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Belə ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslar gömrük keçid məntəqəsində aksiz vergisi də ödəyəcəklər.

Dəyişikliyə əsasən:

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən, ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən zox və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Elxan SALAHOV