15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İnnovasiya həftəsi” çərçivəsində “DevopsDays Baku” tədbiri təşkil olunub

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Bakıda növbəti “DevopsDays Baku” – Bakıda proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqramların hazırlanması prosesi günləri” onlayn tədbiri keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Azərbaycanda ikinci dəfə keçirilən tədbirdə həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, IT infrastrukturunun ən aktual məsələlərinə toxunulub, yerli və xarici spikerlər tərəfindən bilik və təcrübələr paylaşılıb.
ABŞ, Peru, Türkiyə, Hollandiya və digər ölkələrdən spikerlər “Uber”, “Amazon” və “Google” kimi şirkətlərdəki təcrübələri haqqında iştirakçılara məlumat veriblər. “DevopsDays” proqram təminatı, IT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən dünya miqyaslı texniki konfransdır.
Bu il COVID-19 pandemiyası ilə əlaqədar onlayn rejimdə keçirilən beynəlxalq tədbir ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub. “DevopsDays” Azərbaycanda 2019-cu ildən keçirilir. Həm yerli, həm də xarici spikerlərin çıxış etdiyi tədbirin təşkilatçıları “SUP.VC” Akselerasiya Mərkəzi və “PAŞA Bank” olub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?