16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti “Kartla ödə, kartla qazan” lotereyası başlayır

Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən icrası həyata keçirilən tədbirlər çərçivəsində cəmiyyətdə nağdsız ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə noyabrın 1-dən geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı növbəti “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya başlanır.
AMB-dən bildirilib ki, noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 100 manat məbləğində nəzərdə tutulur və uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əməkhaqqı, təqaüd və təhsil kartları da iştirak edəcək. Lotereya dövründə, ümumilikdə ölkə üzrə 900 nəfərin qalib olacağı planlaşdırılır.
Lotereya haqqında daha ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə (www.cbar.az/page-465/pay-by-card-win-by-card-2020) yerləşdirilib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?