31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yunanıstanın yeni hökuməti vergi islahatı aparacağını bəyan edib

Yunanıstanın yeni hökuməti vergi islahatı aparacağını bəyan edib

Yunanıstanda keçirilmiş seçkilərdən sonra Baş nazir Kiriakos Mitsotakis qeyd edib ki, yeni hökumət vergilərlə bağlı geniş spektrli dəyişiklikləri əhatə edən islahat proqramını təqdim edəcək. Dəyişkiliklərin aşağıdakı məsələləri əhatə edəcəyi gözlənilir:

  • korporativ verginin dərəcəsinin 28 faizdən 20 faizə endirilməsi;
  • dividendlərdən tutulan verginin 10 faizdən 5 faizə endirilməsi;
  • sosial sığorta haqlarının azaldılması;
  • əlavə dəyər vergisinin (ƏDV) standart dərəcəsinin 24 faizdən 22 faizə, güzəştli dərəcəsinin isə 13 faizdən 11 faizə endirilməsi;
  • tikinti xidmətlərinin üç il müddətinə ƏDV-dən azad edilməsi;
  • vahid əmlak vergisinin 30 faiz azaldılması;
  • 10 min avroya qədər gəlir üçün gəlir vergisinin minimal dərəcəsinin 22 faizdən 9 faizə endirilməsi və hazırda 45 faiz təşkil edən maksimum gəlir vergisinin dərəcəsinin azaldılması.

Vergilərlə bağlı məsələ hökumətin birinci iclasında müzakirə olunub və gözlənilir ki, vergi islahatının aparılması hökumətin əsas prioritetlərindən biri olacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?