Yunanıstanın yeni hökuməti
vergi islahatı aparacağını
bəyan edib
2019.07.24 13:57 (UTC+04:00)
Yunanıstanda keçirilmiş seçkilərdən sonra Baş nazir Kiriakos Mitsotakis qeyd edib ki, yeni hökumət vergilərlə bağlı geniş spektrli dəyişiklikləri əhatə edən islahat proqramını təqdim edəcək. Dəyişkiliklərin aşağıdakı məsələləri əhatə edəcəyi gözlənilir:
- korporativ verginin dərəcəsinin 28 faizdən 20 faizə endirilməsi;
- dividendlərdən tutulan verginin 10 faizdən 5 faizə endirilməsi;
- sosial sığorta haqlarının azaldılması;
- əlavə dəyər vergisinin (ƏDV) standart dərəcəsinin 24 faizdən 22 faizə, güzəştli dərəcəsinin isə 13 faizdən 11 faizə endirilməsi;
- tikinti xidmətlərinin üç il müddətinə ƏDV-dən azad edilməsi;
- vahid əmlak vergisinin 30 faiz azaldılması;
- 10 min avroya qədər gəlir üçün gəlir vergisinin minimal dərəcəsinin 22 faizdən 9 faizə endirilməsi və hazırda 45 faiz təşkil edən maksimum gəlir vergisinin dərəcəsinin azaldılması.
Vergilərlə bağlı məsələ hökumətin birinci iclasında müzakirə olunub və gözlənilir ki, vergi islahatının aparılması hökumətin əsas prioritetlərindən biri olacaq.