22 İyun 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar sentyabrın 16-da ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4782 - 99.5158 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

VergiRegionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi Ekspert RəyiXarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması VergiBöyük Vətən müharibəsi iştirakçılarının övladlarına hansı vergi güzəşti verilir? VergiƏDV-dən azadolunma haqqında e-sertifikat kimlərə verilir? VergiSəhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti VergiMövsümi turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri VergiTəhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi? VergiVergi ödəyicisi xarici ölkədəki bank hesabı ilə əməliyyatlar apardıqda hansı sanksiya ilə üzləşə bilər? VergiSosial şəbəkədən gəlir əldə edən şəxslərin vergi öhdəliyi VergiVergi uçotuna durmayan fiziki şəxsin məsuliyyəti