23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlıq subyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində növbəti monitorinq keçirilib

Sahibkarlıq subyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində növbəti monitorinq keçirilib

İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.

18-19 iyul tarixlərində keçirilmiş monitorinqlərdə Qaradağ rayonunda “Qaradağ market”də, Sali Yüzbaşova məxsus ərzaq mağazasında, Səidə Əbdürrəhmanovaya məxsus “Dönər evi”ndə, Nizami rayonunda Tofiq Aslanova, Şaiq Bayramlıya və Əsgər Əkbərova məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda Həşim Əfəndiyevə məxsus şirniyyat mağazasında, Pərvanə İsmayılovaya məxsus ”Dönərçi” ictimai-iaşə obyektində, Yasamal rayonunda “Oba market”də, Rafiq Əhmədzadəyə və Tale Əliyevə məxsus ərzaq mağazalarında, Suraxanı rayonunda Müşfiq Şamxalova məxsus ərzaq mağazasında, Ərşad Nəbiyevə məxsus ət dükanında, Nəsimi rayonunda “Nuray market”də, Əfqan Səfərova məxsus tikinti materialları mağazasında, Asiman Muxtarova məxsus mağazada, Lənkəran rayonunda Etibar Əliyevə məxsus baytarlıq aptekində, İlqar Axundova məxsus ərzaq dükanında, Füzuli rayonunda Elçin İbrahimova, Vəzifə Əzimovaya, Şaiq Hacıyevə məxsus mağazalarda, ümumilikdə isə, monitorinq aparılmış 962 obyektin 104-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

18-19 iyul tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 54-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 20-dək monitorinq aparılmış 18070 sahibkarlıq subyektindən 7092-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?