15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak bazarında ucuzlaşma gözlənilir

May ayının nəticələrinə görə, Bakı şəhərində əmlak bazarında keçən ilin may ayı ilə müqayisədə 3,56 faiz qiymət artımı olub. Artım, əsasən, torpaq və ilkin mənzil bazarında müşahidə edilib.

"MBA Group" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov digər seqmentlərdə qiymətlərin azaldığını bildirib. Onun sözlərinə görə, paytaxtın təkrar mənzil bazarında ay ərzində qiymətlərdə 0,41 faiz artım olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,70 faiz azalma olub.

İlkin mənzil bazarında mayda şəhər üzrə orta qiymətlər 7,22 faiz artıb. Ötən ilin may ayı ilə müqayisədə isə 9,11 faiz artıb. Torpaq bazarında həm ay ərzində, həm də il ərzində artım müşahidə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 19,3 faiz qalxıb.

Kommersiya obyektləri bazarında isə azalma müşahidə edilib. Bu seqmentdə ötən ilin may ayı ilə müqayisədə qiymətlərdə 3,1 faiz artım qeydə alınsa da, 1 ay əvvəlki qiymətlərə nisbətən 7,65 faiz azalma olub. Obyektlərin icarəsi bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 2,48 faiz bahalaşma müşahidə edilib.

Mənzillərin kirayəsi bazarına gəlincə, birotaqlı mənzillərə tələbatın artdığına görə may ayında həmin mənzillərin kirayə qiymətləri artıb. Ümumilikdə isə bu seqmentdə qiymətlər 2,15 faiz azalıb. Bu, daha çox çoxotaqlı mənzillərin kirayə qiymətlərində müşahidə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,98 faiz artım olub.

Bütün bunlar onu deməyə əsas verir ki, bu ayda qiymətlərdə bir qədər stabilləşmə qeydə alınır. Yəqin ki, biz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlərin azalmasının şahidi olacağıq.

Fərqanə ALLAHVERDİQIZI

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?