11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştlər investisiyaların artımına şərait yaradacaq

Hazırkı mürəkkəb şəraitdə vergi qanunvericiliyində dəyişikliyin edilməsi və tətbiqi ölkə iqtisadiyyatının dayanıqlığının qorunmasına xidmət edir.

İqtisadçı ekspert Elşad Məmmədov qeyd edib ki, bütövlükdə dünya iqtisadiyyatında işgüzar fəallığın kəskin şəkildə zəifləməsi ilə bağlı proseslər Azərbaycandan da yan keçmir. Bu halda, iqtisadiyyatda dövlətin dəstəkləyici mexanizmlərinin gücləndirilməsinə ciddi ehtiyac vardır. Vergi güzəştləri bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Mənfəət vergisi ilə bağlı güzəştlər işgüzar fəallığın aktivləşdirilməsinə, dayanıqlığın qorunmasına xidmət etməklə yanaşı, investisiyaların artımına şərait yaradacaq. Digər tərəfdən, pandemiya ilə bağlı bu gün problemlər yaşayan bir qrup sahibkarın əmlak və torpaq vergisindən azad olunması iqtisadi aktivlik üçün çox mühümdür. İctimai iaşə, sərnişindaşıma kimi sahələrdə vergi güzəştlərinin tətbiq olunması onu deməyə əsas verir ki, dövlətin dəstək mexanizmi biznesin qorunmasına istiqamətlənib.

Mikro sahibkarlıq subyektlərinin diqqətdə saxlanılması sosial baxımdan da çox vacibdir. Çünki bu sektor həm sosial nöqteyi-nəzərdən, həm də bütövlükdə hazırkı iqtisadi təzyiqlər baxımından əhalinin və biznesin kifayət qədər həssas hissəsidir.

Hökumət tərəfindən həyata keçirilən tədbirlər bütövlükdə milli iqtisadiyyatımızın hazırkı mürəkkəb şəraitdə dayanıqlığının qorunmasına xidmət edir. Hesab edirəm ki, pul-kredit siyasəti ilə bağlı dəstək mexanizmlərinin daha aktiv şəkildə tətbiq olunması ölkədə milli iqtisadi inkişafı baxımından dayanıqılığın təmin olunmasına şərait yaratmalıdır.

Fərqanə ALLAHVERDİQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?