14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək 125 minədək vergiödəyicisi dövlət maliyyə dəstəyi üçün müraciət edib

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən bildirilir ki, indiyədək nazirliyə 124 min 999 vergi ödəyicisi müraciət edib, bunlardan 26 min 495-i muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciət edən vergi ödəyicisi və 98 min 504-ü isə maliyyə dəstəyi almaq üçün müraciət ünvanlayan fərdi (mikro) sahibkardır.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 252 min 65 işçini əhatə edən 26 min 495 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 90 milyon 294 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45 milyon 147 min manat təşkil edir. Mayın 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 21 min 564 vergiödəyicisinə 190 min 156 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42 milyon 956 min manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 89 min 742 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 54 milyon 285 min manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 52 milyon 156 min manat vəsaitin 85 min 814 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?