12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neftin qiymətindəki artım Azərbaycan iqtisadiyyatı üçün müsbət xəbərdir

Son zamanlar dünya iqtisadiyyatında yeni böhran dalğasının yaranması, koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər və OPEC+ formatında aparılan danışıqların iflasa uğraması nəticəsində neftin qiymətində tarixi ucuzlaşma baş verdi. Təxminən bir ay davam edən bu müddət ərzində qiymətlər 20 dollara qədər düşdü. Ötən həftə ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını təxminən 10 milyon barel azaldacağını açıqlamasından sonra qiymətlər kəskin artmağa başlayıb. Qısa müddətdə 40 faizə yaxın qalxan qiymətlər hazırda 35 dollar civarında dəyişir.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədovun sözlərinə görə, neftin bahalaşmasına stimul yaradan əsas amil aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı informasiya oldu: "Əgər bu görüşdə hasilatın azaldılması ilə bağlı tərəflər inzibati razılığa gələrsə, bu, qarşıdakı dövrdə qiymətlərin sabitləşməsinə və 40 dollara qədər bahalaşmasına gətirib çıxara bilər. Bu aparıcı neft hasilatçısı olan ölkələrin iqtisadiyyatlarındakı proseslərin müsbət yöndə inkişaf etməsinə də şərait yaradacaq".

Qeyd edək ki, OPEC+ formatında keçiriləcək görüşə Azərbaycan da dəstək verib. Ölkə rəhbərliyi bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıxış edərək, neft bazarına birgə dəstək verməyə çağırıb. Elşad Məmmədov bildirib ki, bu görüş Azərbaycan iqtisadiyyatı üçün də müsbət xəbər kimi qiymətləndirilir. Bir neçə gün əvvəl 16 dollara qədər ucuzlaşan Azərbaycan neftinin qiymətində artım var: "Ölkədə həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan ciddi investisiya və sosial layihələr, büdcənin icrası, eləcə də valyuta bazarındakı sabitlik baxımından, sözsüz ki, neft qiymətlərinin sabitləşməsi və artan xətt üzrə inkişaf etməsi milli iqtisadiyyatımız üçün olduqca zəruruidir".

Qeyd edək ki, bu il Azərbaycanın dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 55 dollardan hesablanıb.

Səbuhi TURAN

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?