23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat Nazirliyi: Sahibkarların təkliflərinə baxılır

İqtisadiyyat Nazirliyi: Sahibkarların təkliflərinə baxılır

Məlumat verildiyi kimi, koronavirus (COVID-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılması məqsədilə turizm, ictimai iaşə, ticarət, nəqliyyat-logistika, özəl məktəbəqədər təhsil, hazırlıq kursları, idman-sağlamlıq və sair sektorlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə videokonfrans formatında təşkil olunmuş müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm, Bakı Nəqliyyat agentlikləri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müzakirələrdə koronavirusun iqtisadiyyatın müxtəlif sektorlarına təsirləri, yaranmış çətinliklərdən çıxış yolları və görüləcək tədbirlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. Biznes nümayəndələrinə koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən sahibkarlığa təsirlərinin minimuma endirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, sahibkarların mövcud şəraitdə sosial məsuliyyət prinsipindən çıxış edərək işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verməmələri tövsiyə olunub. Müzakirələr zamanı sahibkarlar tərəfindən vergi güzəştləri və tətillərinin tətbiqi, sosial müdafiə ödəmələrinin təxirə salınması, kredit öhdəliklərinin, icarə xərclərinin ertələnməsi və sair barədə təkliflər səsləndirilib. Müzakirələrdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərə hazırda İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır.

Qeyd edək ki, koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərinin öyrənilməsi məqsədilə keçirilmiş onlayn müzakirələrə ümumilikdə 200-dən çox sahibkarlıq subyekti qoşulub, 700-dən çox sahibkar arasında sorğular aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?