16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Koronavirusun yükdaşıma - logistika sektoruna təsiri öyrənilir

Koronavirusun yükdaşıma - logistika sektoruna təsiri öyrənilir

Koronavirus (COVID-19) infeksiyasının daxili və beynəlxalq yükdaşımalarla məşğul olan Azərbaycan şirkətlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yükdaşıma – logistika şirkətləri ilə görüş keçirilib. KOBİA-dan bildirilib ki, görüşdə ölkədaxili və beynəlxalq yükdaşımalarla məşğul olan sahibkarlıq subyektləri ilə koronavirus epidemiyasının yükdaşıma - logistika sahəsinə təsiri, yaranmış problemlərdən çıxış yolları və sahibkarların gözləntiləri barədə müzakirələr aparılıb, təklifləri dinlənilib.

Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsir göstərir. Koronavirus infeksiyası ticarət, turizm, nəqliyyat, logistika kimi sektorlara təsir edə bilər. Yükdaşıma - logistika şirkətləri ilə keçirilən görüşün məqsədi də məhz bu təsirlər barədə sahibkarlardan ətraflı məlumat almaq, onlarla çıxış yollarını və təklifləri müzakirə etməkdir.

Görüşdə yükdaşıma - logistika şirkətləri bir çox ölkələrdə sərhədlərin bağlanması və ya ciddi rejimin tətbiq olunması səbəbindən yüklərin çatdırılmasında gecikmələrin olduğunu, daşımalarla bağlı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiklərini qeyd ediblər.

Sahibkarlıq subyektləri tərəfindən səsləndirilən təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?