17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan manatının kursunda ciddi dəyişiklik olmayacaq

İqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, 2020-2021-ci illərdə qlobal iqtisadiyyatda maliyyə aktivlərinin korreksiya olunması gözlənilən idi. İlin əvvəlində "OPEK+" ölkələrinin neft hasilatı ilə bağlı razılığa gələ bilməməsi və koronavirus təhlükəsinin ortaya çıxması prosesi surətləndirib: "Qlobal bazarlarda maliyyə aktivlərinin dəyərində artım müşahidə olunurdu. Bu baxımdan burada düzəlişlərin olacağı gözlənilirdi. Eyni zamanda, dünya iqtisadiyyatında aktivliyin azalacağı da gözlənilən idi. Bu proqnozlar beynəlxalq təşkilatlar tərəfindən mütəmadi olaraq vurğulanırdı. Artıq investorlar bu gözləntilərə hazır idilər. Yəni maliyyə alətlərinin dünya bazarında qiymətinin çox yuxarı olduğunu bilirdilər.

Makroiqtisadi göstəricilər tədricən pisləşdikcə bazarlarda da korreksiya gözlənilirdi.

Son günlərdə "Moodys" Beynəlxalq Reytinq Agentliyinin dünyanın ABŞ, Çin, Yaponiya kimi böyük iqtisadiyyatlarının böyümə gözlənilərini nisbətən aşağı endirdiyini elan etmişdi . İlin əvvəlindən isə koronavirus təhlükəsinin yayılması və "OPEK+" ölkələrinin neft hasilatını azaltmaqla bağlı razılaşa bilməməsi ajiotaja səbəb oldu.

Bütün bu hadisələr üst-üstə düşdükdə dünya birjalarında bir anda çox ciddi effekt yaratdı, hətta maliyyə alətləri də təlaşa düşdü. Ancaq hazırkı durumda koronavirus və neft ucuzlaşmasının qorxulu vəziyyətə səbəb olacağını gözləmirəm.

Baş verən dəyişikliklərdən asılı olmayaraq son günlərdə birjalardakı sərt eniş müəyyən məsələlərdə problemlərin dərin olduğunu göstərir. Düşünürəm ki, neft ölkələri bir qədər gec də olsa, müəyyən razılığa gələcəklər. Bu korreksiyadan sonra bazarlarda nisbi toparlanma gözlənilir.

Beynəlxalq bazarlarda baş verən hadisələrin Azərbaycana təsiri neftin qiymətinin düşməsi ilə bağlı ola bilər. Azərbaycanın əlində olan mövcud maliyyə rezervləri və 2015-ci ildən fərqli olaraq bankların durumu, valyuta mövqeləri hələ ki dayanıqlıdır. Qısa müddətdə bir dəyişikliyin olacağına inanmıram. Mərkəzi Bankın əlində müəyyən rıçaqlar var. İlk növbədə, faiz dərəcələrinin azaldılması, əmanətlərin tam sığortalanması, sığorta faizinin yüksəldilməsi kimi alətlərdən istifadə edə bilər.

İlin sonuna qədər Azərbaycan manatının kursunda ciddi dəyişiklik olacağını düşünmürəm.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri