19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə ilə Azərbaycan arasında "Güzəştli ticarət sazişi" imzalanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birgünlük rəsmi səfəri çərçivəsində 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrükdən azad olma və gömrük güzəştləri nəzərdə tutan "Güzəştli ticarət sazişi"ni imzalanması nəzərdə tutulur. Bu saziş ilə iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilə qədər 15 milyard ABŞ dollarına çatdırılması mümkündür. Rəsmi səfər zamanı Suriya məsələsi və İdlib böhranı, ortaq enerji layihələri, regionda yayılan koronavirus əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, görüşlərdə ticarət, müdafiə, enerji, idman sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün iki ölkə arasında doqquz ayrı sazişin imzalanması planlaşdırılır. Məlumatda qeyd olunur ki, R.Ərdoğanın həm Azərbaycan, həm də Türkiyə iş adamlarını qarşılıqlı sərmayələri artırmağa çağıracağı gözlənilir.

Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 32,5 faiz artaraq 4,509 milyard ABŞ dolları olub. Hesabat dövründə ixrac 56,8 faiz artaraq 2,863 milyard ABŞ dolları, idxal isə 4,4 faiz artaraq 1,647 milyard ABŞ dolları təşkil edib. Bu ilin yanvar ayında isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 2 faiz artaraq 224,418 milyon ABŞ dolları olub. Eyni dövrdə ixrac 3,9 faiz azalaraq 122,736 milyon ABŞ dolları, idxal isə 10,2 faiz artaraq 101,681 milyon ABŞ dolları olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?