5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabətqabiliyyətli və ixracyönümlü biznes-planın hazırlanması

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Rəqabətqabiliyyətli və ixracyönümlü biznes-planın hazırlanması" mövzusunda maarifləndirici təlim keçirilib.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qeyd edib ki, belə tədbirlərin mütəmadi keçirilməsində məqsəd ixracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdir.

"Onevision Business Solutions" şirkətinin direktoru Cavid Abasov tərəfindən aparılan təlim zamanı rəqabətqabiliyyətli məhsulun formalaşdırılması, ixrac üçün yaradılan mühitdən yararlanma, həvəsləndirici proqnozlara uyğun işlərin təşkili, qlobal və hədəf bazar strategiyası, markalanma siyasəti və effektiv ixracat planı mövzularına toxunulub. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimin sonunda iştirakçılar "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?