23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOBİA nümayəndələri İtaliyanın KOB qurumlarında görüşlər keçirib

KOBİA nümayəndələri İtaliyanın KOB qurumlarında görüşlər keçirib

Romada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İtaliyanın Beynəlmiləlləşdirmə Agentliyinin ("Promos Italia") nümayəndələri arasında görüş keçirilib.

Görüşdə agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib, ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan və İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafında KOB-ların rolunun artırılması önəmlidir və bu sahədə hər iki ölkə böyük potensiala malikdir. KOB sektorunda "Promos Italia" ilə əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə KOB-lara xidmət sahəsində təcrübə, hər iki ölkənin investisiya potensialına və birgə layihələrə dair məlumat mübadiləsinə, italyan sahibkarların Azərbaycanda keçiriləcək sərgilərdə iştirakına, KOB-lar üçün birgə əməkdaşlıq platformasının yaradılmasına dair təkliflər səsləndirilib.

İtaliyanın Milli Mikrokredit Agentliyində təşkil olunmuş görüşdə isə KOB-ların maliyyələşdirilməsi alətlərinə dair birgə vebinarların keçirilməsinə, innovativ mikromaliyyə alətləri ilə bağlı təşkilatın təcrübəsinin öyrənilməsinə, qurumun nümayəndəsinin Bakıda təşkil olunacaq tədbirdə müvafiq mövzuda təqdimatla çıxışına dair müzakirələr aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?