12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görülüb

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Rusiyanın Moskva şəhərində keçirilən "Prodexpo 2020" beynəlxalq ərzaq sərgisində nümayiş olunub.

Sərgi çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Belə ki, "Balxurma" şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, "Tac-Gülüstan" şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, "Az-Granata" şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distribütorluq müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.

Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri - "Karaca" və "Azərstar" "Ən yaxşı müəssisə" mükafatına, "Caspian coast" şirkəti isə 1 gümüş, 1 bürünc medala layiq görülüb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?