17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aleks Kaplun: "İsrail investorları Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar"

Aleks Kaplun: "İsrail investorları Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar"

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun arasında görüş keçirilib. Görüş zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, biznes mühitinin şaxələndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi üçün qarşılıqlı imkanlar müzakirə olunub. İİTKM ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.

İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) meneceri Nicat Əsədli Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim olunan mobil rezidentliyin xarici iş adamlarının ölkəyə gəlmədən rahatlıqla Azərbaycanda biznes qura bilməsi üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.

Daha sonra EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə portalın startaplar üçün təqdim etdiyi "crowdfunding", "crowdinvesting" xidmətlərindən, startaplara toxum, mələk və vençur investorları vasitəsilə sərmayə cəlbi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Portal startapların ideya və layihələrinin dünya investisiya bazarına çıxışını asanlaşdırır.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun isə İsrail investorlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edib. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu vurğulayıb və aidiyyəti qurumlarla birgə təcrübə mübadiləsi aparıldığını deyib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?