23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Keçən il ölkədəki ödəniş kartlarının sayı 7,3 milyona çatıb

Keçən il ölkədəki ödəniş kartlarının sayı 7,3 milyona çatıb

Ötən il Azərbaycanda ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 40 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Visa Cashless Forum"unda deyib.

O qeyd edib ki, Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və sürətli pulköçürmə sistemləri üzrə köçürmələr artıb. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatıb. Həmçinin keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artıb. Ötən il ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artıb. Təsadüfi deyil ki, UNESCAP-ın hesablamalarına görə, Azərbaycan kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?