13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AzerGold"un mənfəət marjası əhəmiyyətli dərəcədə artıb

"AzerGold" QSC-nin 2018-ci ilin maliyyə auditinin hesabatları 2017-ci ildə olduğu kimi müsbət göstəriciləri əks etdirir. QSC-dən bildirilib ki, 2017–ci ilə nisbətən satışdan gəlirlər azalsa da, satışın maya dəyərində də önəmli dərəcədə azalma müşahidə olunması ümumi mənfəətin artımına səbəb olub".

Belə ki, 2017-ci ildə "AzerGold" QSC-nin satışları 77.306.206 ABŞ dolları olduğu halda, 2018-ci il üçün bu rəqəm 18.936.259 ABŞ dolları (və ya 24%) azalaraq 58.369.947 ABŞ dolları təşkil edib. Öz növbəsində satışın maya dəyəri isə 2018-ci ildə, 2017-ci ildəki 62.288 074 ABŞ dolları səviyyəsindən 23.301.577 ABŞ dolları (və ya 37%) azalaraq 38.986.497 ABŞ dollaradək enib.

2017-ci illə müqayisədə ümumi mənfəət 4.365.318 ABŞ dolları (və ya 29%) artaraq 2018-ci ildə 19.383.450 ABŞ dollaradək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2017–ci ildə 19 faiz idisə, 2018–ci ildə bu göstərici 33 faiz təşkil edib.

Cəmiyyətin açıqlamasına əsasən, "Mənfəət və Zərər Haqqında Hesabatdan da göründüyü kimi 2017-ci ildə qızılın qiymətində artım olduğu üçün əvvəlki ildə qeydə alınmış qeyri-maddi aktivlərin dəyərsizləşməsində 14 milyon ABŞ dolları artım baş verib. 2018-ci ildə isə bu göstəricidə artım yox, əksinə, yenidən dəyərsizləşmə baş verdiyi üçün xalis mənfəətdə də azalma müşahidə olunub.

Qeyd etmək lazımdır ki, bu tip artım və ya dəyərsizləşmələr dünya bazarlarındakı qızılın qiyməti ilə birbaşa bağlı olduğu üçün heç bir halda "AzerGold" QSC-nin fəaliyyətində və idarəedilməsindəki birbaşa səmərəsizliyi əks etdirmir. Bu, sadəcə Cəmiyyətin sərəncamında olan mədənlərdəki kəşf edilmiş və hələ hasil edilməmiş metalların dəyərində dünya bazarındakı qiymətlərin mütəmadi dəyişməsinə görə artıb-azalmalardır. Əgər Mənfəət və Zərər Haqqında Hesabatdakı bu göstəricini nəzərə almasaq, o zaman Cəmiyyətin xalis mənfəətində də artımın olduğunu asanlıqla görmək olar".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?