23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Subsidiya İnformasiya Sistemində bu günə qədər 594.855 təsərrüfat qeydiyyatdan keçib

Subsidiya İnformasiya Sistemində bu günə qədər 594.855 təsərrüfat qeydiyyatdan keçib

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır".

Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə deyib: "EKTİS təchizatçılara imkan verir ki, rəqabətə dözümlü qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçmək üçün böyük üstünlüklər təqdim edir".

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev isə gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib: "Hazırda EKTİS-də 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayı bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləməyə bizə imkan verir".

O, görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sona qədər iştirakçılara nümayiş etdirib.

Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazları pos-terminallarla təmin etməyə çağırıb. Nazirlik rəsmisi Subsidiya İnformasiya Sistemində (SİS) bu günə qədər 465.321 fermerin 594.855 təsərrüfatının qeydiyyatdan keçdiyini bildirib: "Fevralın 4-nə qədər 245.387 fermerə məxsus 336.954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib".

Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179.000 ədəd "Fermer kartı"nın sifariş olunduğunu vurğulayıb. "Çap olunmuş 163.000 ədəd "Fermer kartı" hal-hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanılır".

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?