25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Azərbaycanda 6,1 milyon ton neft emal olunub

2019-cu il ərzində ölkədə 6 milyon 192 min ton neft emal edilib. Neftin emalı əvvəlki illə müqayisədə 104 min ton çox olub. Bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Qeyd edək ki, hazırda SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi işləri görülür. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda "Avro-5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Heydər Əliyev adına NEZ regionun yeganə neft emalı kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və sair istehsal olunur.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?