18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gürcüstanın ötən il tədarük etdiyi yanacağın 15 faizdən çoxu Azərbaycanın payına düşüb

Gürcüstan ötən il Azərbaycandan 170,2 min ton yanacaq idxal edib. “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib. Hesabat ilində qonşu ölkənin tədarük etdiyi yanacağın 15,5%-i Azərbaycanın payına düşüb.
İllik müqayisədə Gürcüstan Azərbaycandan aldığı yanacağın həcmini 4,3 min ton və ya ya 2,46% azaldıb. 2018-ci ildə Azərbaycan qonşu ölkənin yanacaq idxalının 31,3%-ni təmin edib.

2019-cu ildə Gürcüstanın tədarük etdiyi benzin və dizelin ümumi həcmi 1 096 min ton təşkil edib ki, bu da illik müqayisədə 2,9 min ton və yaxud 0,26% azdır. Benzinin həcmi 544,3 min ton, dizelin həcmi isə 551,7 min tona bərabər olub.

Ötən il Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya (329,9 min ton) olub. Rusiyanın qonşu ölkənin ümumi yanacaq idxalındakı payı 30,1% təşkil edib. Gürcüstan həmçinin Rumıniya (300 min ton), Türkmənistan (119,4 min ton), Bolqarıstan (92,4 min ton), Yunanıstan (60,7 min ton), Türkiyə (19,8 min ton) və digər ölkələrdən də yanacaq tədarük edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?