19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Romada Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçiriləcək

Yanvarın 14-də Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək. Energetika Nazirliyindən bildirilib ki, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Manlio Di Stefanonun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları və perspektivlərin müzakirəsinə həsr olunmuş sessiya keçiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Energetika naziri P.Şahbazovun İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli, eləcə də "Ansaldo Energia", "Maire Tecnimont", "Technip FMC", "DBA Group" və "Alstom Italia" şirkətləri ilə görüşləri də nəzərdə tutulub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?