19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron pul kisəsi istifadəyə verilib

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC "PostPay" elektron pul kisəsini istifadəyə verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.

"PostPay"də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı mövcuddur. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən "PostPay" istifadəçiləri tətbiqin "QR kod vasitəsilə ödəmə" funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə bilərlər.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?