19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunun kredit portfeli oktyabrda 1,5 faiz artıb

Oktyabrın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 368,2 milyon manat, öhdəlikləri isə 26 milyard 634,2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 734 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, oktyabr ayına sektorun aktivlərinin 44,9 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5 faiz (202,8 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 14 milyard 75 milyon manat təşkil edib.

Fiziki şəxslərin əmanətləri 8 milyard 697,6 milyon manat olub, əmanət portfeli 2,4 faiz (206,3 milyon manat) artıb. Artım əsasən, tələbli depozitlər hesabına baş verib. Belə ki, ay ərzində tələbli depozitlər 5,5 faiz (165,1 milyon manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri oktyabr ayında 2 faiz (234,7 milyon manat) azalaraq 11 milyard 336,7 milyon manat təşkil edib. Ay ərzində hüquqi şəxslərin müddətli depozitləri 5,6 faiz (152 milyon manat) azalaraq 2 milyard 548,6 milyon manat olub. Hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəli ilə müqayisədə 9,9 faiz (1 milyard 25,2 milyon manat) artıb. Sektorun balans kapitalı oktyabrda 1 faiz (45,5 milyon manat) artaraq 4 milyard 734 milyon manat təşkil edib.

Oktyabrda bankların əməliyyat mənfəəti 723,6 milyon manat, xalis mənfəəti isə 572,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,2 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,3 faiz artıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?