17 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya ilə iqtisadi münasibətlərimizin dinamikası müsbət xətt üzrə inkişaf etməkdədir

Azərbaycan ilə Rusiyanın iqtisadi əlaqələrinin dinamikası müsbət xətt üzrə inkişaf etməkdədir. Son illərdə qarşılıqlı ticarət dövriyyəsi dinamikasına nəzər salsaq görərik ki, bu istiqamətdə kifayət qədər ciddi və müsbət dəyişikliklər var. İlin sonunadək iki ölkənin ticarət dövriyyəsinin 3 milyard ABŞ dollarına çatacağı pzoqnozlaşdırılır. Bu, aidiyyəti dövlət qurumları və təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələrinin daha da intensivləşməsi ilə birbaşa bağlıdır. Bu sözləri noyabrın 25-də Sputnik Azərbaycan multimedia-mətbuat mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Dövlət İqtisad Universiteti Rus iqtisad məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.

O bildirib ki, hazırda dünyada iqtisadi və geosiyasi amillərlə bağlı olan proseslər gedir: "Qlobal iqtisadiyyatın problemləri dərinləşməkdədir. Bu problemlər bölgə ölkələrinə adekvat reaksiyaların verilməsini diqtə edir. Bölgədə qarşılıqlı fayda əsasında formalaşan iqtisadi əməkdaşlıq prioritet rol oynamalıdır. Həm Azərbaycan, həm də Rusiya rəhbərliyi bu çağırışlara kifayət qədər adekvat cavab verirlər".

"Düşünürəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycan–Rusiya münasibətlərinə dinamika vermək üçün yaxşı imkanlar yaradır. Bu səfər qarşılıqlı iqtisadi əlaqələrin inkişafına təkan verəcək. Birinci vitse-prezidentin bu proseslərdə mövqeləşməsi və ön planda olması onu deməyə əsas verir ki, biz artıq keyfiyyətcə yeni bir formatda iqtisadi əlaqələrin qurulmasının şahidi ola bilərik. Çünki ön plana humanitar, sosial, insan kapitalı və təhsil kimi amillər çıxır", - deyə E.Məmmədov bildirib.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri