25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarovun ikitərəfli görüşləri davam edir

Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində bu ölkənin İqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, iqtisadi potensialın reallaşdırılması istiqamətində aparılan işlər müzakirə edilib, hər iki dövlətin qarşılıqlı investisiyalarda maraqlı olduğu vurğulanıb. Bu ilin 9 ayı ərzində iki dövlət arasında ticarət dövriyyəsinin 25 faizdən çox artması müsbət dəyərləndirilib. Görüş zamanı Rusiya işgüzar dairələrinin Azərbaycanda fəal biznes fəaliyyəti həyata keçirdiyi, son illərdə Azərbaycan iş adamlarının da Rusiya iqtisadiyyatına investisiyalar yatırdığı diqqətə çatdırılıb.

Tərəflər ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar, gələn ay Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi və bir sıra yeni sənədlərin, o cümlədən iki ölkə arasında turizm sahəsində, eləcə də aqrar sənaye kompleksində əməkdaşlığa dair proqramların imzalanması imkanlarını müzakirə ediblər.

Görüşdə Rusiya dövlət sərhədində Samur çayı üzərində tikilən avtomobil körpüsünün istifadəyə verilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?