Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, iqtisadi potensialın reallaşdırılması istiqamətində aparılan işlər müzakirə edilib, hər iki dövlətin qarşılıqlı investisiyalarda maraqlı olduğu vurğulanıb. Bu ilin 9 ayı ərzində iki dövlət arasında ticarət dövriyyəsinin 25 faizdən çox artması müsbət dəyərləndirilib. Görüş zamanı Rusiya işgüzar dairələrinin Azərbaycanda fəal biznes fəaliyyəti həyata keçirdiyi, son illərdə Azərbaycan iş adamlarının da Rusiya iqtisadiyyatına investisiyalar yatırdığı diqqətə çatdırılıb.
Tərəflər ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar, gələn ay Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi və bir sıra yeni sənədlərin, o cümlədən iki ölkə arasında turizm sahəsində, eləcə də aqrar sənaye kompleksində əməkdaşlığa dair proqramların imzalanması imkanlarını müzakirə ediblər.
Görüşdə Rusiya dövlət sərhədində Samur çayı üzərində tikilən avtomobil körpüsünün istifadəyə verilməsi ilə bağlı məsələlər də müzakirə edilib.