19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya Azərbaycanla qeyri-neft məhsullarının mübadiləsində maraqlıdır

"Rusiya Azərbaycanda qeyri-neft sektorunun inkişafını dəstəkləyir". Bu barədə "Moskva – Baku" jurnalına müsahibəsində Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib. O, hazırda ölkəsinin 70-dən çox inzibati bölgəsinin Azərbaycanla ticarət əlaqələrinə cəlb olunduğunu, müxtəlif sahələrdə yeni əlaqələrin qurulduğunu vurğulayıb: "Rusiya azərbaycanlı tərəfdaşlarla sənaye, nəqliyyat, logistika, gəmiqayırma, kənd təsərrüfatı, İT, turizm, sərmayə qoyuluşu sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında sözlə yox, həqiqətən maraqlıdır. Hər iki ölkə aqrosənaye sahəsində əməkdaşlığı inkişaf etdirmək, o cümlədən məhsulların keyfiyyətinə nəzarətin və gömrük prosedurlarını təkmilləşdirmək üçün müvafiq addımlar atır".

"Yeri gəlmişkən, Azərbaycan bizim üçün bəzi ərzaq məhsullarının əsas mənbələrindən biridir. Təzə meyvələr idxalının 28,3 faizi, tomatların 28 faizi, qoz-fındığın 22,2 faizi, kartofun 13,3 faizi, ərik, gilas, vişnənin 12,5 faizi Azərbaycandan gəlir. Qarşılıqlı ticarət əlaqələrinin, o cümlədən yol xəritələr formatında daha da artırılması üçün imkanları görürük", – rusiyalı nazir diqqətə çatdırıb.

Ümumiyyətlə, bu ilin 8 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 25,7 faiz artaraq 1,9 milyard dollar həddini aşıb. Azərbaycana Rusiyadan idxalın həcmi 30,7 faiz artaraq 1,4 milyard dollar, bu ölkəyə ixracat isə 14,5 faiz artaraq 546,7 milyon dollar təşkil edib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?