19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada münbit şərait yaradılıb.

Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstəyin göstərildiyini, bu sahədə xüsusi qanunvericiliyin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, "Şimal-Cənub" və "Şimal-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri turizm sahəsi, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?