25 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanla əməkdaşlıqda maraqlıdır

"Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda davamlı maliyyə sektorunun qurulması ilə bağlı dəstəyini davam etdirmək istəyir". Bunu qurumun ölkə üzrə direktoru Aliyə Əzimova Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri və Biznes mühiti" mövzusunda konfransda deyib.

Bundan başqa, o əlavə edib ki, dinamik və canlı özəl sektor iqtisadi inkişaf üçün vacibdir: "Şirkətlər yeni investisiya gətirir, yeni iş yerləri açır, məhsuldarlığın və səmərəliliyinin artırılmasını təşviq edir. Buna görə ölkədə qeyri-neft və əlavə dəyər yaradan sektorlarla bağlı iqtisadi və sosial artımı təmin etmək Azərbaycan üçün əhəmiyyətə malikdir. Yeni iqtisadi reallığa uyğunlaşmaq hər zaman ağrılı prosesdir. Biz bunun neft qiymətlərindəki dəyişikliklər zamanı şahidi olduq. Azərbaycan yeni artım mənbələri axtarışındadır. Buna görə əvvəlki yanaşmalar artıq keçərli deyil və ölkə yeni iqtisadi islahatlara başlayıb. Azərbaycanda özəl sektoru aparıcı qüvvəyə çevirməyə qadir yeni iqtisadi model hazırlanmaqdadır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) olaraq bu sahələrdə biznes və tənzimləyici mühitin yaxşılaşdırılmasına, xarici investisiyaların cəlb edilməsinə və davamlı maliyyə sektorunun qurulmasına yardım etməklə Azərbaycanın öz inkişaf hədəflərinə çatmasına dəstəyimizi davam etdirmək istəyirik".

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?