19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilir. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin sədrliyi ilə keçən iclas "Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları" mövzusuna həsr edilib.

Görüşdə İqtisadiyyat naziri M.Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul olunub.

İclas iştirakçıları yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?