25 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2.544,8 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu məbləğ əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8 faiz azdır. Hesabat dövründə neft məhsullarından avtomobil benzini istehsalı 947,6 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 6,1 faiz azdır. Bu il noyabrın 1-nə ölkədə 14,3 min ton hazır məhsul ehtiyatı olub.

Bu ilin 10 ayı ərzində 203,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1,714 mln. ton dizel yanacağı, 98,9 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 19,4 faiz, dizel yanacağı istehsalı 6,1 faiz, yanacaq mazutu istehsalı 33,8 faiz çoxdur. Hesabat dövründə ölkədə 490,8 min ton ağ neft, 18,9 min ton sürtkü yağları, 205,4 min ton neft bitumu, 198,3 min ton neft koksu istehsal edilib.

Ağ neftin istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz, sürtkü yağlarının istehsalında 83 faiz, neft bitumunun istehsalında 16,9 faiz, neft koksunun istehsalında 3,6 faiz azalma qeydə alınıb.

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?