6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarlığın inkişafı məşğulluğun təmin olunması baxımından mühüm rol oynayır

"Azərbaycanda sahibkarlıq, xüsusilə kiçik və orta biznes həmişə olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hazırkı mərhələsinin mərkəzində durur". Bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov bildirib ki, ölkəmizdə qeyri-neft sektorunu sürətli inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diveraifikasiya olunmuş, rəqabət qabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindədir: "Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli naliyyətlər əldə olunmuş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, sahibkarlar, o cümlədən qadın sahibkarlıq cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Ölkəmizdə qadınların iqtisadi təşəbbüskarlığının artırılması sosial iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, artıq qadınlarımız ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar".

O.Məmmədov vurğulayıb ki, qadın sahibkarlığın inkişaf etdirilməsi də Agentliyin qarşısında duran prioritet məsələlərdəndir: "Agentlik tərəfindən qadın sahibkarlığın təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə də müvafiq mexanizmlərin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bununla yanaşı qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığın təmin edilməsi və bu məqsədlə agentliyin internet səhifəsində xüsusi bölmə yaradılıb və müntəzəm olaraq qadın sahibkarlar ilə bağlı məlumatlar bu səhifədə öz əksini tapır.

Xalq yaradıcılığı sahələri ilə bağlı kreativ sənaye biznesi nisbətən yeni sahə olsa da dünyada artıq bir sektor kimi formalaşıb. Bir sıra ölkələrdə hətta ÜDM-də və ixracda əhəmiyyətli paya malik olmuşdur. Xüsusilə Böyük Britaniya, Cənubi Koreya, Çin, Türkiyənin bu sahədə uzun müddətli inkişaf yolu mühüm uğurlarla müşayət esilməkdədir.
Digər sahələrlə yanaşı ölkəmizdə kreativ sənayenin yaranması və inkişafı istiqamətində irəliləyişlər hiss edilməkdədir. İncəsənət sahələri ilə bağlı biznes fəaliyyətlərinin sənaye halına gətirilməsi isə bir sıra məsələləri aktual edir. İlk addım kimi kreativ sənayenin inkişaf potensialına dair araşdırmanın aparılmasını zəruri hesab edirik".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?